Azərbaycan və Cənubi Koreya arasında Memorandum imzalanıb

3 Dekabr 2013 11:19 (UTC+04:00)

Azərbaycan və Cənubi Koreyanın Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.


APA-nın Cənubi Koreyanın "Yonhap" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, müdafiə nazirləri Zakir Həsənov və Kim Kuan-jinin (Kim Kwan-jin) görüşündə Azərbaycan və Cənubi Koreya arasında hərbi əlaqələr və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.

 

Üç günlük səfər çərçivəsində Z. Həsənov Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri və Müdafiə Satınalmaları İdarəsinin (DAAP) direktoru ilə görüşəcək.