Mikayıl Cabbarov Sumqayıtda vətəndaşları qəbul edəcək

3 Dekabr 2013 11:28 (UTC+04:00)

Dekabrın 6-da təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərindəki Tarix Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərini qəbul edəcək. Nazirlikdən APA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya "Elektron müraciət" bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.