Tayland Polisi barikadaları sökdü - FOTOLAR

3 Dekabr 2013 11:36 (UTC+04:00)

Taylandlı etirazçılar polislər Hökümət binası və polis ofisləri ətrafındakı barikadaları sökdükdən sonra belə dövlət qərargahına daxil olmağa çaışıblar. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir.  Rəsmilərin məlumatlarınma görə, polislərin müdaxiləsindən sonra paytaxt Banqkokda vəziyyət bir az sakitləşib. Bütün həftə boyu davam edən hərəkatı ziddiyyətlər izləyib, plis gözyaşardıcı qa və rezin mərmilərdən istifadə edib. Tayland Baş Naziri isə etirazçıların tələbinə baxmayaraq vəzifədən getməyi rədd edib. Yinqluk Şinavatra danışıqlara açıq olduğunu, lakin hökümətə ünvanlanan bu çağırışların qanunsuz və konstitusiyaya uyğun olmadığını bildirib. 24 noyabrda başlayan etirazlar şənbə gününə qədər sakit xarakter daşıyırdı. Lakin bazar ertəsi etirazçılar polis barikadalarını keçmiş, Hökümətbinası, Xarici İşlər Nazirliyinin binalarına hücum etmişdi. Etiraz lideri Suthep Zauqsuban Metripolitan Polis Binasının idarəsini ələ alacaqlarını və onu xalqa təhvil verəcəyini bildirib. AFP xəbər agentliyi isə buradakı atmosferi karnaval ab-havasına bənzədib. Etirazçılar son vaxtlar yaranan inkişafları "xalqın qələbəsi" adlandırıblar.