Mobil danışıq ucuzlaşacaq

3 Dekabr 2013 11:43 (UTC+04:00)

Əli Abbasov mobil danışıq qiymətlərinin 2-5 qəpik arasında tənzimlənəcəyini deyib

"Mobil danışıqların qiymətləri aşağı düşəcək". Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazir bildirib ki, qiymətlərin aşağı salınması yaxın vaxtlarda mümkün olacaq:


"Mobil sektorda qiymətlərin aşağı salınmasını bazar münasibətləri tənzimləyir. Operatorlar arasında olan trafik qiymətini nazirlik müəyyənləşdirir. Belə ki, hər dəqiqəyə bütün istiqamətlərdə 5 qəpik sərf olunur. Mobil operatorlar nə qədər çalışsalar da, bu qiymətdən aşağı xidmət göstərə bilməzlər. Çünki burda nazirlik tərəfində qoyulan məhdudiyyət var. Amma artıq qiymətlərin mümkün qədər 2 qəpiklə 5 qəpik arasında tənzimlənməsinə zəmin yaranıb. Biz bu qiymətləri yaxın vaxtlarda aşağı salacağıq. O zaman mobil operatorlar da qiymətləri aşağı sala biləcəklər".