Venezuela qaranlığa qərq oldu - FOTOLAR

3 Dekabr 2013 12:02 (UTC+04:00)

Bazar ertəsi Venezuelanın paytaxtı Karakas daxil olmaqla digər şəhərlər də qaranlığa qərq olub. Belə ki, şəhərdə elektrik enerjisi kəsilib. Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Karakas metrosu fəaliyyətini dayandırıb, insanlar mağaza və ofislərdən çıxarılıb. Prezident Nikolas Maduro sentyabrda da oxşar hadisənin baş verdiyini, bu işin təxriabat olduğunu bildirib. Elektrik enerjisinin kəsilməsi Venezuelada adi bir haldır, xüsusən də daxili ştatlarda. Lakin paytaxta belə bir hadisə nadir hallarda baş verir. Venezuela böyük neft yataqlarına sahib olmasına baxmayaraq, enerjinin 70 faizini hidro-elektrik enerji təşkil edir.