Bakıda maskalı karnaval olacaq

3 Dekabr 2013 12:00 (UTC+04:00)

Artıq yeni iləsayılı günlər qalır. Yeni il ərəfəsində hər kəs maraqlı gün keçirmək istəyir. Movqe.az-ın məlumatına görə, ilk belə təşəbbüs "R.N group" tərəfindən irəli sürülüb. Dekabrın 29-da şəhərin istirahət və əyləncə mərkəzlərindən birində maraqlı Yeni il karnavalı keçiriləcək. Gecədə tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı, diskoteka, DJ çıxışları, rəqs master-klası, əyləncəli oyunlar, hədiyyələr  olacaq. Yeni ilin rəmzləri Şaxta Bab və qar qız da qonaqları salamlayacaq. Gecənin maraqlı tərəflərindən biri də hər kəsin maskada iştirak etməsidir.