Belaruslu balet ulduzları "Jizel" baletinin tamaşasında çıxış edəcəklər

3 Dekabr 2013 12:07 (UTC+04:00)

Dekabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında A.Adanın "Jizel" baletinin tamaşası keçiriləcəkdir. Mövqe.az-ın məlumatına görə, tamaşada əsas partiyaları Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, Belorusun Xalq Artistlərii, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Lyudmila Kudryavtseva və İqor Artamonov ifa edəcəklər.


Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.