Bir neçə rayonda qaz təchizatı dayandırılacaq

3 Dekabr 2013 12:36 (UTC+04:00)

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 03 dekabr 2013-cü il tarixində saat 09:00-dan 15:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 10:00-dan 13:00-dək Nizami rayonuna, saat 16:00-dan 18:00-dək isə Quba rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.