Galaxy S5 belə olacaq?

3 Dekabr 2013 12:54 (UTC+04:00)

Galaxy S5 haqqında internetdə çıxan söz-söhbətlərin sayı hər ötən gün artır. Son məlumatlar , Galaxy S5-in biri metal , digəri plastik əsaslı olmaqla iki fərqli model olaraq ortaya çıxacağı haqqındadır. Bəzilərinə görə Galaxy S5 Yanvar ayında tanıdılacaq. Movqe.Az yeni telefonla bağlı mediaya sızmış məlumatları xəbər verir:


560 ppi ekranla gələcək ?

Son söz-söhbətlərə görə Samsung , Galaxy S5-də, 2.560x1.440 keyfiyyətli AMOLED ekrana yer verə bilər. Bu , 5 düymlük bir ekranda 560 ppi piksel sıxlığına bərabər gəlir. Hal-hazırki ən yüksək dəqiqlikli ekran , 471ppi (1080p) və 4.7 düymlük HTC One-da var.


 64- bit prosessor ?

Koreya veb saytı ittoday.co.kr-yə görə Samsung , 64- bitlik Exynos SoC-ni Galaxy S5-ə yerləşdirməkdə çətinlik çəkir. phonesreview.co.uk isə Galaxy S5-in eyni iPhone 5s kimi 64- bitlik bir prosessorla çalışacağını söyləmişdi.


64- bit Exynos 5-in 8 nüvəsinin eyni anda çalışa bildiyini, bir çox vəzifəsinə eyni vaxtda nəzarət edə biləcəyi deyilir. Plastik kassalı Galaxy S5-də isə dörd nüvəli Qualcomm prosessor istifadə ediləcəyi iddia edilir.


Göz skaneri olacaq ?

androidsas.com veb saytına görə Galaxy S5 , iPhone 5S-dəki barmaq izi skanerinə iris darama texnologiyasıyla cavab verəcək. Patentbolt.comun iddiasına görə Koreyalı şirkət , göz brauzerilə əlaqədar bir patentə artıq müraciət edib.

Galaxy S5'in sahib olacağı iddia edilən digər xüsusiyyətlər arasında 16 megapiksellik kamera və 4GB RAM da var. Cihazın hansı Android versiyasını istifadə edəcəyinə dair hər hansı  məlumat yoxdur, lakin ən az Android 4.3 və ya 4.4 -lə gəlməsini gözləyə bilərik.


Su keçirməyəcək?

androidauthority.comun iddiasına görə Galaxy S5 , su və toz keçirməz bir kassayla gələcək. 


Daha keyfiyyətli bir qab

gottabemobile.comun hesabatı , Samsungun Galaxy S5-də daha keyfiyyətli bir gövdə olacağıyla bağlıdır.