Lider tele-kanalının aparıcısı Sərxan Kərəmoğlu Movqe.az-a maraqlı açıqlama verib:
"Lider Tv rəhbərliyinin bir göstərişi var ki, kanalımızda yayımlanan hər bir proqram məhz mənəviyyata qulluq etməlidir. Mən də bunu əsas tutaraq, bu göstəriş və əmrləri şərəflə yerinə yetirmişəm. İstər "Evimin qonaqları", istərsə "Nə olsun?" proqramı zamanı qarşımda tək bir məqsəd olub ki, insanları bir-birinə qarşı qoymadan, aranı vurmadan, sosial problemlərinə toxunmadan, onların sənətlərini və iç dünyalarını tamaşaçılara təqdim edə bilim.
"Nə olsun " proqramında çalışan heyyət ilk gündən obyektivliyi qoruyub. İstəmişik ki, verlişimizin qonaqları - sənət adamları və yazarlar - heç bir təsir altına düşmədən düzgün və birtərəfli mövqe tutsunlar. Lider televiziyasının baş prodüsseri tək bizim proqrama deyil, eyni zamanda kanalımızda yayımlanan bütün proqramlara diqqət və qayğısını əsirgəmir. Bu da bizlərə stimul verir.
30 il səhnə və televiziya fəaliyyətimə baxmayaraq hər həftə televiziyamızın baş prodüsseri ilə məsləhətləşməyi özümə borc bilirəm. Onun dünyagörüşündən yararlanmaq və onun fikirlərini dinləyib, yerinə yetirmək mənim üçün böyük şərəfdir. Son aylarda mənim əleyhimə yazanlara sözüm odur ki, hələ 1983-cü ildə ilk dəfə Orxan Kamalın "Bir parça Vətən" əsərində baş rolu oynamışam.Və o gündən bu günə şükürlər olsun ki, hələ də səhnədəyəm. Azərbaycan Mədəniyyət və İncəsənət Üniversitetini bitirmədiyimə görə heç də heyflsənmirəm. Televiziya sahəsində Moskvada Svetlana Sarokinanın məktəbini və eyni zamanda Ostankinoda rejissorluq kurslaını bitirib, Türkiyədə tanınmış yapım şirkətlərində təcrübə keçmişəm.
Daha da ətraflı yazmağa heç də gərək bilmirəm. Bir tək onu deyə bilərəm ki Yeni Azərbaycan Partiyasının beşinci ildönümündə ulu öndərimiz Heydər Əliyevin təsis etdiyi Partiya məktəbinin məzunu olmuşam. 23 fəal gəncdən tək mən siyasətin deyil, sənətin arxasınca getdim. Siyasətdə özümü görə bilmədiyim üçün o yeri məşğul etmədim.. Mənə dərs deyən bütün müəllimlərimlə Hidayət Orucov, Fatma Abdulzadə, Əbülfəz Qarayev, Polad Bülbüloğlu və digərləri ilə fəxr edirəm.
Azərbaycan mədəniyyətində olan 2 nəfərin üzündən halal zəhmətim ilə qurduğum evimi atıb, özəl həyatımı və yaradıcı fəaliyyətimi dondurub, Bakıdan getmək məcburiyyətində qaldım. Və Türkiyədə hər şeyi sıfırdan başladım. Ancaq orda da məni rahat buraxmadılar. İşimə əngəl olmağa çalışdılar. Lakin bütün bu maneələrə baxmayaraq, Türkiyədə " Türk Dövlətləri Kültur Birliyinin " komisiyya rəhbəri vəzifəsində fəaliyyətimi uğurla davam etdirdim. Hər gün müxtəlif görüşlər, əyləncəli tədbirlər, toplantılar olsa da Vətən həsrəti çəkirdim. Qardaş dövlətdə çalışdığlma baxmayaraq, çox darıxırdım, sıxılırdım. Həyatımın 4 ili mənə 40 il qədər uzun gəldi. Elə bildim 40 ildir qürbətdə yaşayıram. Məhz həmin dönəmdə mənim səsimə səs verən, qürbətçiliyimə son qoyan "Lider" televiziyası oldu. 1 ilə yaxın iki ölkə arasında qaldım.
Bu ilin may ayında isə "Lider" televiziyası rəhbərinin və baş prodüsserinin etimadı sayəsində ölkənin ən bahalı realiti şousu "Lift" mənə həvalə olundu. Etimadı doğrultduğdan sonra kanalın rəhbərinə və baş prodüsserinə güvənərək birdəfəlik vətənə qayıtdım. Buna görə də həm rəhbərliyə, həm baş podüsserə təşəkkürümü bildirirəm. Mənim haqqımda neqativ fikir yazanlara isə çox təşəkkür edirəm .Çünki sizin hər bir yazınız mənə stimul verir. Və mənim var olduğumu sübuta yetirir.
Bu neqativ fikirlərin, xoşagəlməz söhbətlərin arxasında kimin olduğunu bilirəm. O adama bir kəlmə demək istəyirəm: "Haqqımı sənə halal etmirəm""