Milli Məclisdə Oqtay Əsədovla Fazil Mustafa arasında mübahisə olub

3 Dekabr 2013 14:27 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında spikerlə deputat arasında mübahisə düşüb, spiker deputata davranışına görə ciddi xəbərdarlıq edib.


Movqe.az-ın məlumatına görə, iclasda gündəliyin müzakirəsi zamanı deputat Fazil Mustafa söz istəyib.

 

O, söz alan kimi spiker Oqtay Əsədova replika atıb: "Nədənsə həmişə mən söz alanda hamı söz almaq istəyir, sıraya düzülür..."

 

Spiker onun sözünü kəsərək xəbərdarlıq edib: "Fazil Mustafa, bu nə danışıqdır? Deməli, sən özünə yüksək qiymət verirsən, amma həmkarlarını aşağılayırsan? Danışıq və ifadələrinizə diqqət edin!"

 

Daha sonra çıxışını davam edən F.Mustafa bildirib ki, bu özündənrazılıq deyil, zarafat idi. Spikerin isə ona cavabı sərt olub: "Sən nə danışırsan?! Mənim səninlə zarafatım var?! Sözlərinə fikir ver!"