Nadir: "Məni görmək üçün nələr etməyə razılaşan “marallar” olub”

3 Dekabr 2013 14:46 (UTC+04:00)

Müğənni Nadir Qafarzadə Əli Mirəliyevə cavab verib. Mövqe.az-ın məlumatına görə, Əli Mirəliyevin onun "Maral" mahnısını bəyənmədiyindən heç də pis olmayan Nadir "Şou+" verlişinə açıqlamasında belə deyib: 


"Əli Mirəliyev mənim  böyüyümdür. Necə istəyir, elə də desin. "Maral" öz sözünü artıq deyib. Təkcə mahnı yox, Nadirin arxasınca bu həyatda nə Marallar qaçıb... Məni görmək üçün nələr etməyə razılaşan "marallar" olub".


Məlumat üçün bildirk ki, bir neçə gün öncə Əli Mirəliyev "Maral" mahnısını bayağı mahnı adlandıraraq, o mahnını belə şərh etmişdi: " "Maral" çox pirimitiv mahnıdır. Onu Nadir yaxşı oxuyub, ərsəyə gətirib. Çünki Nadir yaxşı ifaçıdır, işini bilən, bacarandır. Mahnıya ürəyini qoyub".