Abel Məhərrəmov Cəmil Həsənlinin işdən çıxarılmasına münasibət bildirib

3 Dekabr 2013 15:02 (UTC+04:00)

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Milli Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənlinin universitetdən uzaqlaşdırılmasına münasibət bildirib. APA-nın məlumatına görə, A.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, C.Həsənli xəstəliyi ilə əlaqədar 2 il əvvəl öz ərizəsi ilə universitetdən çıxsa da, universitet rəhbərliyi məsləhət bilib ki, aspirant və magistrantlarla dərs aparsın.

A.Məhərrəmov bildirib ki, C. Həsənlinin bunu davam etdirməyə də imkanı olmayıb: "Bir il dərs apardı, amma növbəti il dərs aparmağa gəlmədiyi üçün kənarlaşdırıldı".