Tanınmış müğənninin yüz minlik avtomobili üzərinə pəncərə düşdü

3 Dekabr 2013 15:09 (UTC+04:00)
Populyar toy müğənnisi, "Toylar Kralı" müsabiqəsinin qaliblərindən biri Manaf Ağayevin başına xoşagəlməz hadisə gəlib. Mövqe.az-ın məlumatına görə, avtomobili üzərinə 16 mərtəbəli binadan pəncərə qırılaraq, düşüb. Bu barədə Mövqe.az-a açıqlama verən müğənni bildirib ki, bu hadisə bilərəkdən baş verməyib: "16 mərtəbəli binadan düşən pəncərə avtomobilin şüşəsini sındırıb. Xoşbəxtlikdən avtomobilin içərisində heç kəs olmayıb". 

Onuda qeyd edək ki, müğənninin "Lexus" markalı maşınının qiyməti yüz min manatdan çoxdur.