Səlim Müslümovdan sərt xəbərdarlıq

3 Dekabr 2013 15:15 (UTC+04:00)

"Bizim işlədiyimiz insanlar cəmiyyətin elə həssas təbəqəsidir ki, orada hər hansı neqativ hal olmamalıdır.

Kimlərsə yerlərdə belə hallara yol verəcəksə, dərhal cəzasını alacaq və işdən azad olunacaq".

 Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, sosial müdafiə sahəsində bu proses başlayıb və davam edəcək.

 

Nazirin sözlərinə görə, prezident tərəfindən qoyulan tapşırıqların yerinə yetirilməsi üçün dərhal bütün işlər görüləcək: "Bu sahədə hələ bəzi təmizləmələr aparmaq, tam şəffaflığı təmin etmək lazımdır. Ünvanlı sosial yardım, tibbi sosial ekspert komissiyalarının işində və digər sahələrdə də başqa söhbət ola bilməz".