Anar Nağılbaz Hüseyn Dəryanı qatıq adlandırdı-FOTO FAKT

3 Dekabr 2013 15:28 (UTC+04:00)
Reperlər arasında mübahisə yenidən qızışır. Mövqe.az-ın məlumatına görə, reper Hüseyn Dəryanın aparıcı İdris Cəfərov haqqında verdiyi açıqlamasından sonra Anar Nağılbaz öz facebook səhifəsində H. Dəryanın İdris Cəfərov haqqında paylaşdığı şəkili və o şəkildən sonra tamamilə əksinə verdiyi açıqlamanı paylaşıb. Diqqət çəkən məqam isə Anar Nağılbazın Hüsey Dərayaya " Qatıq" deyə müraciət etməsi olub. 

Qeyd edək ki, biir neçə gün öncə facebookda Hüseyn Dərya adlı bir nik " Mən İdrisi heç kimin sözü ilə özümdən uzaqlaşdırmayacam" fikri paylaşılıb. Bundan sonra H. Dərya bu fikrə tamamilə zidd fikirlər səsləndirb: " İdris mənim dostumdur. ancaq mən yanğının üstə benzin tökən dost deyiləm. İdris mənə ona dəstək məqsədilə rep oxumaq təklif etdi. Amma mən razı olmadım. Çünki bu ara qızışdırmaq olardı. Mən hər iki tərəfin sülh bağlamasının tərəfdarıyam".