Bakıda maneəni aşan avtomobil avtobusu "qucaqladı"
3 Dekabr 2013 18:57 (UTC+04:00)
Bakıda idarəetməni itirən "cip" yolda maneəni
aşaraq avtobusla toqquşub.
Trend xəbər verir ki, Bakıda yolayrıcında dönmə əməliyyatını
yerinə yetirən "cip"in sürücüsü idarəetməni itirib və nəticədə
avtomobil prospektin ortasındakı maneəni aşaraq əks istiqamətli
hərəkət yoluna çıxıb. "Cip" yalnız hərəkətdə olan sərnişin avtobusu
ilə toqquşduqdan sonra dayanıb.
Milli.Az Trend-ə istinadən həmin qəzanın
videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda
diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə
çağırır.
Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin 10 ayı
ərzində 2426 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində
971 nəfər ölüb, 2558 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.