Azərbaycanda funiklyor pulsuz oldu

27 May 2012 13:20 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, paytaxtda təmirdən sonra istifadəyə verilən funiklyor ölkədə keçirilən beynəlxalq musiqi yarışmasına görə, pulsuzdur.

Funiklyor may ayının 28 – dək istifadəçilərə pulsuz təqdim olunub.

Qeyd edək ki, bu funiklyor xarici qonaqlar üçün nəzərə alınsa da, istifadəçilərin əksəriyyəti yerli əhali idi. Funiklyordan istifadə etmək istəyənlər isə uzun bir növbədən keçməlidirlər. Çünki hər bir kəs funiklyordan istifadə etməyə səbirsizlənir.

Türkan Nadirqızı

Movqe.Az