Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb

3 Dekabr 2013 15:34 (UTC+04:00)

Bakıda hündür mərtəbəli binada baş verən yanğın söndürülüb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın 19  kvadratmetr ərazini əhatə edib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğının genişlənməsinin qarşısını alıblar.

Qeyd edək ki,  yanğın Zərdabi - 71 a ünvanında yerləşən 17  mərtəbəli yaşayış binasında qeydə alınıb.