Türkiyəli məşhur müğənni Hande Yener Almaniyaya
səfər edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi
məlumata görə, Bochum şəhərindəki ən böyük Türk gecə klublarından
birində pərəstişkarları ilə görüşən Hande səhnədə həm çoşub, həm də
coşdurub.
Həftə sonu "Club Taksimdə" səhnəyə çıxan sənətçi,
ard-arda sevilən mahnılarını ifa edib. Sevilən müğənni performansı
ilə də hər kəsi heyran edib. Səhnəyə qara mini paltarla və eyni
rəng cəkmə ilə çıxan tanınmış sənətçi, pərəstişkarlarının razı
qaldıqlarını gördükdə, özünü xoşbəxt hesab
edib.
Qeyd edək ki, rəqs ansamblı ilə qonaqları coşduran
Handeni kameralarına görüntüləmək üçün musiqisevərlər tərəfindən
səhnənin qarşısında izdiham yaşanıb.