Şaxta babaya istədiyi hədiyyənin linkini göndərdi

3 Dekabr 2013 16:58 (UTC+04:00)

Movqe.az-ın xəbərinə görə, Zack Poitras adlı uşağın Şaxta babadan istədiyi yeni il hədiyyəsi bir anda sosial mediada geniş marağa səbəb olub. Bunun səbəbi @Gequeoman adlı istifadəçinin paylaşdığı məktub olub.

Balaca Zack Şaxta babaya yazdığı məktubunda "Sevgili Şaxta baba, necəsən? Mən yaxşıyam" dedikdən sonra "Yeni il üçün istədiyim şey buradadır " deyərək istədiyi hədiyyənin linkini yazıb.

Linkə görə balaca Zackın Şaxta babadan istədiyi şey 20 dollarlıq balina görüntülü bir uzaqdan idarə edilən oyuncaq avtomobil imiş.


Twitterdə bu məktub qısa zamanda maraq görərkən, istifadəçilər balacaya link üçün "bit.ly" istifadə etməsini tövsiyyə ediblər.