HTC One-a Android 4.4 KitKat dopinqi gəldi!

3 Dekabr 2013 17:04 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, HTC One, Android 4.4 KitKat və Sense 5.5 aktuallaşdırması Amerikadan yayılmağa başlayıb. HTC One cihazı üçün həyəcanla uzun müddət Android 4.4 KitKat aktuallaşdırması gözlənilirdi. Gözlənilən an gəldi və HTC ABŞ-ın rəsmi Tvitter hesabından, kilidsiz versiyası ilə yanaşı HTC ​​One Developer Edition yəni inkişaf etdirici versiyaları üçün Android 4.4 KitKat aktuallaşdırmasının hazır olduğunu açıqlayıb. Əvvəl Amerikada istifadə olunabiləcək bu aktuallaşdırmanın daha sonra digər ölkələrdə də istifadə oluna biləcəyi deyilir. HTC, Anroid 4.4 ilə yanaşı öz interfeys proqramı HTC Sense-i də aktuallaşdırır.