Eldar Namazov Milli Şuranın İcra Aparatının rəhbəri postundan istefa verib

3 Dekabr 2013 17:17 (UTC+04:00)

Eldar Namazov bir ay əvvəl Milli Şuranın İcra Aparatının rəhbəri postundan azad edilməsi barədə qurumun sədri Rüstəm İbrahimbəyova müraciət edib.

APA-nınməlumatına görə, bunu Milli Şuranın sessiyasında qurumun prezidentliyə sabiq namizədi Cəmil Həsənli açıqlayıb.

 

O, Eldar Namazovun "El" Hərəkatı və Ziyalılar Forumunda mühüm işlər gördüyünü, işlərinin çox olması fonunda Eldar Namazovun İcra Aparatının rəhbəri postundan istefasının anlaşılan olduğunu qeyd edib.

 

Cəmil Həsənli deyib ki, Milli Şuranın strukturlarının bir-birini təkrar etməməsi, eyni zamanda Koordinasiya Şurasının yaradılmasını nəzərə alaraq, İcra Aparatı ilə də bağlı dəyişikliyə ehtiyac var. O, Milli Şuranın İcra Aparatının əvəzinə sədr yanında İcra Aparatının yaradılmasının nəzərdə tutulduğunu və bu məsələnin sessiyada müzakirəyə çıxarılacağını açıqlayıb.