Yayda insanları təhlükə gözləyir

27 May 2012 21:27 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, yay aylarında insanlar olduqca ehtiyatlı olmalıdırlar. Bu haqda həkim-terapevt Nəcibə Axundzadə xəbər verdi.

"insanlar xüsusən yay aylarında özlərini qorumalıdırlar. Bir çoxları soyuq içkilərdən, dondurmadan istifadə edir. Lakin bu insan orqanizmində mənfi hallara səbəb ola bilər. Bu səbəbdən də, qızmar yay aylarında ehtiyatlı olmalırlar.

Günış altında gəzərkən dondurma yemək təhlükəlidir. Bu beyinə qan sızmaq ilə nəticələnə bilər. Müxtəlif baş ağrılarına, əzələ ağrılarına səbəb ola bilər.

Bir çoxları havanın isti olduğundan, suyu donduruda saxlayırlar. Lakin bilmək lazımdır ki, soyuq suyun istifadəsi insan orqanizminə zərərlidir. Dondurucuda saxlanılan suyu içmək, miringitə səbəb ola bilər.

Yaxşı olar dı ki, bu günlərdə belə havada insanlar çox gəzməsinlər. Təmiz havada axşam saatlarında, gün batdıqdan sonra olsunlar", - Nəcibə Axundzadə dedi.

Həkimin sözlərinə əsasən, ürək-damar xəstəliyindən əziyyət çəkənlər günəş şüası altında az gəzməlidirlər.

Türkan Nadirqızı

Movqe.Az