Tarif Şurası-"Cəzalandırılacaqlar"

3 Dekabr 2013 17:58 (UTC+04:00)

"Tarif dəyişikliyindən sui-istifadə etməyə cəhd göstərənlər qanunveriliciyə uyğun olaraq cəzalandırılıcaqlar". Movqe.az Modern.az-a istinadən xəbər verir ki, benzinin bahalaşması ilə yanaşı,  ictimai nəqliyyatda da gediş haqlarının artırılacağı ilə bağlı məsələyə münasiət bildirən İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. 

Qeyd edək ki, bu gün Bakının bəzi yerlərində benzinin bahalaşdığını əsas gətirən bəzi marşrut sürücüləri sərnişinlərdən gedişhaqqından artıq pul almağa cəhd göstəriblər.  

Nazirlik rəsmisi Abbas Əliyevin sözlərinə görə, hazırkı qiymətlərlə sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi kifayət qədər rentabellidir. Odur ki, bu gün Tarif Şurasında ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsi müzakirə olunmur və gündəmdə deyil.  

"Tarif Şurası ötən gün iclasında bəzi neft məhsullarının qiymətində dəyişiklik etdi. Buna baxmayaraq, qiymət artımının ictimai nəqliyyatda xidmət haqlarına təsiri çox azdır. Bu baxımdan Tarif Şurasında ictimai nəqliyyatda sərnişindaşıma xidməti haqlarının dəyişdirilməsi məsələsi müzakirə olunmur. Nəqliyyat Nazirliyindən də nəqliyyatda sərnişindaşıma xidmətlərində qiymətlərin artırılması ilə bağlı müraciət daxil olmayıb".