Səbinə: “O mənə unutmayacağım sürpriz etdi”

3 Dekabr 2013 18:19 (UTC+04:00)
"Eurovision" təmsilçilərimizdən olan Səbinə Babayeva ötən gün ad gününü qeyd edib. 

Axşam.az-ın məlumatına görə, sənətçi bu xoş gününü yaxınları ilə birlikdə keçirib. 

S.Babayeva təəssüratlarını müxbirimizlə bölüşüb:
 
"Məni ilk təbrik edən həyat yoldaşım oldu. Gecə saat 12-ni keçən kimi gözləmədiyim sürprizlə qarşılaşdım. Ondan çox dəyərli və romantik bir hədiyyə aldım. Daha sonra ailəmdən və sənət dostlarımdan təbriklər eşitdim. Yaxın dostum, bəstəkar Murad Arif öz efirində mənə təbriklər səsləndirdi. Ən yaddaqalan hədiyyəni isə babamdan aldım. Amma onun nə olduğunu sirr saxlayacağam".