Gürcüstan prezidenti: “Gürcüstanın AB-yə inteqrasiyası Rusiyanın maraqlarına qarşı yönəlməyib”

4 Dekabr 2013 10:05 (UTC+04:00)

Gürcüstanın Avropa Birliyinə inteqrasiyası "Rusiyanın maraqlarına qarşı yönəlməyib".


Bu barədə Gürcüstan prezidenti Georgi Maqrvelaşvili "Rustavi-2" telekanalına müsahibəsində bəyan edib. O qeyd edib ki, "Gürcüstanın AB-yə inteqrasiyasını Avropa və Rusiyanın yarışması kimi qəbul etmək lazımdır".

 

Onun sözlərinə görə,  "AB-yə inteqrasiya - əhalinin böyük hissəsinin və ictimai-siyasi spektrinin seçimidir".  Bununla belə, Maqrvelaşvili qeyd edib ki, "Gürcüstan Rusiya ilə münasibətlərin  normallaşmasında maraqlıdır və bu mürəkkəb məqsədə nail olmaq üçün Rusiya ilə dialoqu davam edəcək".