Huavei "naqilsiz müqaviləsi" ABŞ-ı narahat etdi

4 Dekabr 2013 11:13 (UTC+04:00)

Çin firması Huavei və Cənubi Koreya arasında imzalanan ölkələrin internet şəbəkələrinin sürətləndirilməsiylə bağlı olan müqavilə ABŞ-ı narahat olmağa təşviq edib. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. İki ABŞ senatoru Obama adminstrasiyasına yazdıqları məktubda bildiriblər ki, imzalanan hər hanı müqavilə ABŞ üçün "Potensial təhlükə narahatlığını" artırır. Huvaei ittifaqı və Çin höküməti, hərbisi arasındakı əlaqə rəsmi Vaşinqtonda narahatlıq yaradıb. Lakin Çin firması təkrar-təkrar bu iddiaları rədd edib. Narahatlıqları artıran səbəb şirkətin yaradıcısı Ren Jengfeinin bir vaxtlar keçmiş Xalq Qurtuluş Ordusunun üzvü olmasıdır. Lakin Huavei şirkətin 98.6 faizinin öz işçiləri tərəfindən idarə olunduğunu vurğulayıb.