Roket qırıldı, kəndə düşdü

4 Dekabr 2013 11:48 (UTC+04:00)

Çinin Hunan əyalətində yerləşən bir evin damına aydan yerə qayıtmış roketin bir hissəsi düşüb, ailə təzminat istəyir. Bu haqda Movqe.Az "The Guardian"a istinadən xəbər verir.  "China Daily" qəzetinin xəbərinə görə bazar ertəsi iki evin damına roket hissələri düşməsi əhalinin kosmik proqramlardan gələcək zərərlər üçün siğortalanmalarını tələb etmələrinə səbəb olub. Xichang Kosmik Mərkəzindən atılan Change-3 adlı ilk Çin Ay uzun məsafə roketinin Sichuan əyalətinin cənub-qərbinə düşməsi Hunan kənd sakinlərini qorxudub. Evi zərər görən şəxslərdən birinə 10.800 yuan ( 1.800 dollar), digərinə isə 5.200 yuan kompensasiya ödənilib. 180.000 Siçuan və Hunan sakinləri Change-3 düşməzdən əvvəl evlərindən çıxarılıb.