Bakı – Sumqayıt yolunda böyük tıxac

4 Dekabr 2013 12:04 (UTC+04:00)

Bakı-Sumqayıt yolunda yük maşını aşıb. 

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə saat 9:30 radələrində Saray postuna yaxın ərazidə baş verib. Yük maşının içərisində olan xurma yola dağılıb. Hadisə ilə əlaqədar yolun Bakı istiqamətində tıxac yaranıb. Hazırda polis yük maşınının yoldan kənarlaşdırılmasına çalışır.