Müntəzəm məşq Demensiyanı azaldır

4 Dekabr 2013 12:12 (UTC+04:00)
Fiziki fəaliyyət yaddaş, diqqət və ümumi koqnitiv funksiyanı gücləndirərək getdikcə artan ağıl xəstəliklərinin qarşısının alınmasında böyük rol oynayır, aparıcı tibb jurnalında yayımlanan yeni tədqiqatda belə deyilib. Bu haqda Movqe.Az  "The Guardian"a istinadən xəbər verir. Bu kəşf,  çərşənbə günü "Covhrane library"da yayımlanıb. Bildirilib ki, davamlı idman Demensiyanın(Demensiya (lat. dementia - ağılsızlıq) - ağılın zəifləməsi, əvvəllər əldə edilmiş bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji hal. Demensiya psixi funksiyaların beynin xüsusən yaşlı insanlarda zədələnməsi nəticədə çökməsidir. Xalq arasında buna qocalıq marazmı da deyilir. Dünya Səhiyyə təşkilatının məlumatlarına əsasən bu haldan əziyyət çəkənlərin sayı 35,6 milyondur. 2030 cu ildə bunun 65,7 milyona, 2050 ci ildə isə 115,4 milyona çatması gözlənilir.) qarşısının alınmasına yardım edir. Tədqiqat Kanada Alberta Universitetinin Professoru Dorothi Fobes rəhbərliyndə aparılıb. Xatırladaq ki, G8 ölkəılərinin Nazirləri gələn çərşənbə günü Londonda Demensiya barədə  Sammit keçrməyə hazırlaşır.