Sevgilisi müğənnini buraxıb, qaçdı- FOTO FAKT

4 Dekabr 2013 12:31 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Tuğba Ekinci dünən axşam yeni sevgilisi ilə birlikdə Nişantaşında olub. Mövqe.az Türk mətbuatına istinadən xəbər verir ki, cütlüyün fotoşəkilləri çəkilərkən Ekinci çox rahat görünsə də, sevgilisi bu durumdan heç də məmnun olmayıb.Əli ilə  üzünü gizlədən bəy-əfəndi Tuğbadan ayrılaraq tez bir taksiyə minib, gözəl müğənninin yanından uzaqlaşıb. Onun ardınca isə Tuğba Ekinci başqa bir taksiyə minərək, 500 metr irəlidə onu gözləyən sevgilisi ilə görüşüb. Bu durum paparazilərin gözündən yayınmayıb: