Azərbaycan paytaxtında yağmursuz hava proqnozlaşdırılır

4 Dekabr 2013 13:15 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında dekabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz, lakin bəzi cənub rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.  

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 7-12, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.