Səhiyyə Nazirliyindən tibb işçilərinə imtahan xəbərdarlığı-Özəl

4 Dekabr 2013 13:11 (UTC+04:00)

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası  üzrə bu ilin son ayında keçiriləcək əsas test imtahanlarının qrafikini açıqlayıb. Komissiyadan Movqe.az-a verilən xəbərə görə, dekabr ayı ərzində 12 ixtisas üzrə imtahan keçiriləcək. İlk imtahan dekabrın 2-i mamalıq, sanitar-feldşer,tibb bacısı təşkil olunub. Bu gün isə nesteziologiya-reanimatologiya, laboratoriya işi, pediatriya ixtisasları üzrə tibb işçiləri sınağa çəkilib. Dekabr ayının 6-ı tibb bacısı, feldşer; 9-u sanitary-feldşer, tibb bacısı,  pediatriya; 11-i pediatriya, terapiya, labarotoriya işi  (GEM); 13-ü feldşer, tibb bacısı, sanitar-feldşer; 16-ı tibb bacısı, labaratoriya işi (orta), tibb bacısı; 18-i gigiyena, otorinolarinqologiya, stomatologiya; 20-i diş texniki,feldşer, tibb bacısı; 23-ü mamalıq, tibb bacısı, tibb bacısı; 25-i labarotoriya işi (ali),mikrobiologiya, şüa diaqnostikası; 27-i sanitar-feldşer, terapiya, tibb bacısı ixtisasları üzrə əsas test imtahanları keçiriləcək. İmtahanlar göstərilən tarixdə saat 11:00-da başlayacaq.