Azərbaycanda ana və uşaqları sosiskadan zəhərləndi

4 Dekabr 2013 14:11 (UTC+04:00)

Zəhərlənən hər 3 şəxsi xəstəxanaya yerləşdiriblər

Sumqayıtda bir ailə sosiskadan zəhərlənib. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakinləri Aysel Qorçiyeva, azyaşlı uşaqları İbrahim və Ruqiyyə evlərindən qidadan (sosiskadan) zəhərlənmə ilə xəstəxanaya gətirilib.


Hazırda onların vəziyyəti orta-ağırdı.