Camaat şoka düşüb: "Sanki 1000 bakirənin qanı axırdı" - FOTO

4 Dekabr 2013 14:06 (UTC+04:00)

Slovakiyadakı çaylardan birində suyun qan rənginə boyanması yerli sakinləri qorxuya salıb. Onlar vəhşət filmlərindəki hadisələrə bənzəyən duruma şahid olduqlarını deyiblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Slovakiyanın Çexiya ilə sərhədində yerləşən kiçik Mijava kəndinin yanından axan eyniadlı çayın bu hala gəlməsinin səbəbi bilinmir. Mijavalıların dediklərinə görə, bunun yeganə səbəbi "Şərin oyanmasıdır".

Ekspertlər isə kənddən bir qədər aralıdakı qəssabxananın çaya davar qanı axıtdığını istisna etmirlər.

Gecə saatlarında çayın qana boyanması ilə bağlı polis araşdırmalara başlayıb.

65 yaşlı Roman Podbrezovanın dediyinə görə, səhər gəzintisində olanda çayın rəngini görüb.

"Gözlərimə inana bilmədim. Çay al-qırmızı rəngdə idi. Sanki vəhşət filmlərindəki səhnə idi".

Başqa yerli sakin isə deyir ki, yaman qorxub: "Sanki çaya 1000 bakirə qızın qanı axıdılmışdı. Həmin bakirə qızlarla bağlı slovak rəvayətləri var.

Xurafata inanmıram, burada seriya qatilləri və manyaklar da olmayıb. Amma baş verənlər də anormallıqdır".

Polis zabiti Yelena Antalovanın sözlərinə görə, Mijavadakı olay yaxınlıqdakı qəssabxanada tullantıların süzgəcdən keçirilmədən çaya axıdılması ilə bağlı ola bilər.