Taylandda etirazlar səngiməyə başlayır

4 Dekabr 2013 16:06 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, keçən həftədən bu yana Tayland hökumətini istefaya çağıran və paytaxt Bangkok küçələrini döyüş sahəsinə çevirən etirazçılar, ötən gün qarşısına barrikada qurulan baş nazirlik binasına daxil olub. Barrikadaların dünən polis tərəfindən qaldırılmasıyla bağçada nümayiş edən Baş nazir Yinglak Şinavatra əleyhdarları, qısa müddət sonra binanı tərk edib. Günlərdir polislə müxalifət arasında qarşıdurmaların yaşandığı nümayişlər bu dəfə sakit sonlandı. .