Rusiya ilə NATO gələn il birgə hərbi layihəyə başlayacaq

4 Dekabr 2013 16:03 (UTC+04:00)

Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin sammiti çərçivəsində NATO-Rusiya Şurasının iclası işə başlayıb

Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin sammiti davam edir. Movqe.az-ın məlumatına görə, sammitin ikinci günü NATO-Rusiya Şurasının iclası işə başlayıb. Və Rusiya ilə Alyans arasında rəsmi əlaqələr müzakirə edilib. NATO-nun Baş katibi Anders Foq Rasmussen gələn il Rusiya ilə birgə layihəyə başlanılacağını bildirib.


"Biz 2014-cü ildə yeni bir layihəyə başlayacağıq. Bu, artıq silahların zərərsizləşdirilməsi üçün NATO-Rusiya trast fondunun yaradılması layihəsidir. Pilot layihə Kalininqrad vilayətində başlayacaq. Əfqanıstan və Suriya da daxil olmaqla, bir sıra qlobal təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparacağıq. Biz həmçinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının Suriyanın kimyəvi silahlarını zərərsizləşdirilməsi işini dəstəkləyirik. Bu iş çətin, lakin əhəmiyyətli işdir", - deyə Rasmussen deyib. 


Rasmussen həmçinin 2013-cü ildə qlobal səviyyədə terrorla mübarizə sahəsində əhəmiyyətli işlər görüldüyünü bildirib.