Sumqayıtda ana və iki uşağı qidadan zəhərlənib

4 Dekabr 2013 16:23 (UTC+04:00)

Sumqayıtda bir ailənin üç üzvü qidadan zəhərlənib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 3-də Sumqayıt şəhər sakinləri Aysel Qorçiyeva, azyaşlı uşaqları İbrahim və Ruqiyyə evlərindən qidadan (sosiskadan) zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.