Əsəddən sonra sırada Əl-Qaidədir

4 Dekabr 2013 17:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Azad Suriya Ordusu komandiri general Səlim İdris, Əsədin iqtidardan ayrılmasından sonra bu dəfə Əl Qaidəylə mübarizə aparmaq məcburiyyətində qala biləcəklərini söyləyib. İdris bunun üçün Suriya ordusu sıralarına qatıla biləcəklərini deyib. Suriyadakı daxili müharibədəki Əl Qaidə gün keçdikcə güclənir. Bu vəziyyət həm Suriyalı müxaliflər, həm də beynəlxalq cəmiyyəti narahat edir. Suriya ordusundan ayrılan müxaliflərin meydana gətirdiyi Azad Suriya Ordusu komandiri general Səlim İdrisdən təəccübləndirici bir şərh gəlib. İdris Əl Qaidəyə qarşı Suriya ordusuyla ortaq mübarizə edə biləcəklərini söyləyib.