Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq protokolunu ratifikasiya edib

5 Dekabr 2013 07:14 (UTC+04:00)

Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq protokolunu ratifikasiya edib. Bu barədə Türkiyənin "Rəsmi Qəzet"i məlumat verib.

Məlumata əsasən, iki dövlət arasında arxiv işi sahəsində əməkdaşlıq bu gündən etibarən qüvvədədir.


2012-ci il mayın 10-da Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Türkiyə Respublikası Nazirlər Kabinetinin Dövlət Arxivləri Baş İdarəsi arasında "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq Protokolu" imzalanıb.