Bakı-Tehran istiqamətində uçuşların sayı artırılır

5 Dekabr 2013 10:39 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" QSC (Azal) dekabrın 28-dən başlayaraq Bakı-Tehran-Bakı istiqamətində müntəzəm uçuşların sayını artıracaq.

"Azal"ın mətbuat xidmətindən verilən məlumata görə, həftənin şənbə günləri də daxil olmaqla, Bakıdan təyyarənin uçuş saatı 10:35-də, Tehranda eniş saatı isə 11:15-də olacaq. Eyni zamanda, uçuş cədvəlinə əsasən, Tehrandan uçuş saat 12:35, Bakıda isə eniş saat 13:55-də yerinə yetiriləcək.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə bildirilib ki,  "Azal" bu istiqamət üzrə həftənin I, II, V və VIIi günləri saat 00:30-da, həftənin III və IV günləri isə 10:35-də uçuşlar həyata keçirir.

 

Qeyd edək ki, bu marşrutla "Iran Air" aviaşirkəti də uçuş yerinə yetirir: Bakıdan I və IV günlər 20:25-də, şənbə günləri 10:36-da yerinə yetirir.

 

Qeyd edək ki, "Azal" uçuşları yeni aldığı "Embraer" təyyarələri ilə yerinə yetirir. Bakıdan Tehrana aviabiletin qiyməti 180 manat, hər iki istiqamətdə isə 237 manat təşkil edir.