Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib

5 Dekabr 2013 10:51 (UTC+04:00)

Kiyevdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib.


Movqe.az-ın xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində məlumat verib.

 

C. Uorlik bildirib ki, nazirlər əvvəlcə həmsədrlərin iştirakı ilə danışıqlar aparıblar, sonra təkbətək görüş keçirilib. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunub.

 

Hələlik danışıqların yekunu haqda rəsmi açıqlama verilməyib.