Xəzərdə zəlzələ olub

5 Dekabr 2013 12:16 (UTC+04:00)

Xəzər Dənizində, Qaladan 160 km şimal-şərqdə zəlzələ qeydə alınıb.


Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ saat 10:57:58-də qeydə alınıb. Zəlzələnin maqnitudası 4.40 bal olub.