Rusiya qonşusu Ukraynaya "stabillik və nizam" çağırışı etdi

5 Dekabr 2013 12:22 (UTC+04:00)

Rusiya "stabillik və təkliflər" üçün çərşənbə günü qonşusu  Ukrayna-Kiyevdə hökümət əleyhinə etiraz keçirən nümayişçilərə çağırış edib. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir.  Rusiyada Ukrayna nümayəndəsi ilə görüşən Xarici İşlər Naziri Dimitri Medvedyev Ukrayna Deputat Xarici İşlər Naziri Yuriy Boykoya Moskvanın qonşularıyla münasibətlərini korlayan hadisəni izlədiyini, siyasi böhran yarandığını deyib. O, Rusiya xəbər agentliyi "Ria Novosti"yə: "Biz ölkənizdəki vəziyyəti izləyirik. Bu Ukraynanın daxili məsələsidir. Ölkədə stabilliyin yaradılması vacibdir və bunu elə burda təklif edirik" deyib. Ukrayna Xarici İşlər Naziri Mkyola Azarov ölkəsinin diqaloqlara açıq olduğunu, sülhməramlı nümayişləri müzakirə etməyə hazır olduqlarını bildirib. Azarov : "Hökümət onun yenidən bərpa olunmasını istəyən əksər Ukraynalılar tərəfindən dəstəklənir və Avropaya inteqrasiya üçün olan demokratik transformasiya müddəti davam edir" deyə sözlərinə əlavə edib.