İbrahim Tatlıses və Ayşegül Ulduzun boşanma səbəbi məlum oldu-ŞOK

5 Dekabr 2013 12:28 (UTC+04:00)
Məşhur sənətçi Oya Aydoğan, İbrahim Tatlıses ilə Ayşegül Ulduzun başqa bir qadın üzündən boşandığını iddia edib. Mövqe.az-ın verdiyi məlumata görə, Türkiyənin "Danışmasam Olmaz" adlı proqramında mövzuyla əlaqədar danışan Oya Aydoğan belə söyləyib: 


"İbrahim bəyin evlənmədən əvvəl həyatında olan bir qadını unuda bilmədiyi, həmişə ona dönəcəyi deyilirdi. Hətta o qadın, İbrahim bəy evləndikdən bir neçə ay sonra ankaralı bir adamla evləndi. İbrahim bəy, Ayşegül ilə evli olan zaman da o qadının evinə gedib. Qadının evi Anadolu yaxınlığında yerləşirdi.  Həmin ərəfələrdə qadın artıq ərindən boşanmışdı.  Ayşegül Ulduz,  o qadının evinin qarşısında İbrahim bəyin avtomobilini gördükdən sonra , ora gedib və ərini başqa bir qadınla görüb. Daha sonra boşanma qərarı alınıb".