2050-ci ilə qədər qütb ayısı məhv olacaq?

5 Dekabr 2013 12:49 (UTC+04:00)

Ətraf mühit çirkliliyi , qlobal istiləşmə və qaçaq ovlanma Qütb ayılarının sayını əhəmiyyətli dərəcədə azaldıb.

Rusiya Ekologiya və Təbii Sərvətlər naziri Sergey Donskoy , qütb ayılarının saylarında əhəmiyyətli dərəcədə azalma olduğunu , lazımlı tədbirlərin alınmaması vəziyyətində 2050-ci ilə qədər üçdə birinin sağ qala biləcəyini söyləyib. Movqe.Az xəbər verir ki, Moskvada təşkil edilən "Qütb ayılarının müdafiəsi Forumunda " danışan nazirə görə ətraf mühit çirkliliyi , qaçaq ov və qlobal istiləşmə qütb ayılarının sonunu hazırlayır. Arctic bölgədə yerləşən Barent və Qara Dəniz ətraflarında edilən işləri nümunə verən nazir , qütb ayılarının qanlarında zəhərli maddələrə rastlanıldığını söyləyib. Qütb ayıları üçün qaçaq ovlanma ən böyük təhdidlərdən biri olduğuna diqqət çəkən nazir, Sovet İttifaqının 1956-cı ildə qütb ayılarının ovlanmasını qadağan etdiyini , lakin Çukotka yerli rəhbərliyinin 2011-ci ildə bu qadağanı azaltmsını tənqid edib. Son bir ildə 29 qütb ayısı qaçaq ovlanma nəticəsində öldürülüb . Qaçaq ov daha çox ayıların dərisi üçün edilir. Ətraf mühiti qoruyanlar , Rus ovçuların 30 min rubl (1000 dollar) qarşılığında Kanada sertifikatı aldığı və bölgədə ov etdiyini iddia edir.


Ayı postu bazarda 1 milyon rubla (30 min dollar) alıcı tapa bilir. Son on ildə dünya daxilində 30 mindən çox ayı postunun satışı reallaşıb. Qlobal istiləşmə səbəbi ilə buzlaqların azaldığını deyən Rus nazir , qütb ayılarının qidalanma çətinliyi çəkdiyini söyləyib.