Fransa, oğurlanan əsərləri geri qaytardı

5 Dekabr 2013 15:43 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Hüsnü Mübarəkin hakimiyyətinin devrildiyi Misirdəki 2011-ci il qiyamları əsnasında paytaxt Qahirədəki Antik Əsərlər Muzeyindən Fransaya qaçırılan iki min illik beş tarixi əsər, Fransa tərəfindən Misirə qaytarılıb. Əsərlərin üç parçasının bir nəfərin şüşədən hazırladığı heykəlinə aid olduğu, digər ikisinin isə kətan və gipsdən hazırlanmış iki əsər olduğu deyilib.