Oqtay Şirəliyev Cəlilabadda vətəndaşları qəbul edəcək

5 Dekabr 2013 15:47 (UTC+04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 6-da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbulda vətəndaşların müraciətləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.