iPhone və iPad kabelsiz enerji yığa biləcək!

5 Dekabr 2013 16:08 (UTC+04:00)

Cult of Mac saytında verilən xəbərə görə Applenin qazandığı yeni bir patent, kabellərə ehtiyac duymadan, maqnetik rezonans yolu ilə yaxındakı bir cihazdan enerji yığa bilir. Apple bu patent ilə birlikdə öz kabelsiz enerji texnologiyasını inkişaf etdirir. Bu mümkün olsa artıq sabit bir nöqtədən kabellərlə məşğul olmadan telefonu enerji pad-inə qoyaraq batareyanı doldura bilərik. Apple-ın əsl hədəfi eyni anda bir çox cihazı bir qaynaqdan enerji ilə doldura bilməkdir. Applenin inqilab yaradacaq patentini nə vaxt dövrəyə qoyacağı isə hələlik məlum deyil.